Bank Of Baku

«Bank Avrasiya»nın əsas maliyyə göstəriciləri ötən il pisləşib

«Bank Avrasiya»nın əsas maliyyə göstəriciləri ötən il pisləşib
# 21 yanvar 2010 06:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 40,744 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin yanvarın 1-nə olan göstərici ilə müqayisədə 9,8% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 20,6% azalaraq 16,558 mln. manat, kredit portfeli 26% azalaraq 20,028 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 15,9% azalaraq 4,737 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 0,1% azalaraq 20,408 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 20 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 4,841 mln. manat olub ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə 14,9% azdır. Həmçinin bankın xərcləri hesabat ilində 25,4% azalaraq 4,179 mln. manat təşkil edib. Nəticədə, bank əldə etdiyi mənfəəti 2,3 dəfə artıraraq 0,204 mln. manata çatdırıb.

Xatırladaq ki, «Bank Avrasiya» ASC-yə lisenziya 2007-ci ilin noyabr ayında verilib. Hazırda bankın 1 filialı, 2 bankomatı və 21 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR