Bank Of Baku

«Rabitəbank» broker şirkətini bağlayıb

«Rabitəbank» broker şirkətini bağlayıb
# 21 yanvar 2010 06:57 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən «Kapital Partners» MMC-nin lisenziyasının fəaliyyəti dayandırılıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, Komitə tərəfindən «Kapital Partners» MMC-nin müraciətinə əsasən, cəmiyyətə 2008-ci ilin martın 7-də broker fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş lisenziyanın fəaliyyəti dayandırılıb.

Qeyd edək ki, «Kapital Partners» MMC-nin təsisçisi rolunda Azərbaycanın «Rabitəbank» ASC çıxış edir.

Hazırda qiymətli kağızlar bazarında 14 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 3 qiymətli kağızların idarə edilməsi üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR