Bank Of Baku

«Rabitəbank» ötən il məcmu aktivlərini 10% artırıb

«Rabitəbank» ötən il məcmu aktivlərini 10% artırıb
# 21 yanvar 2010 08:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Econmics. Azərbaycanın «Rabitəbank» ASC-nin aktivlərinin həcmi 2010-ci ilin yanvar ayının 1-nə 103,736 mln. manat təşkil edib ki, bu da 2009-ci ilin yanvarın 1-nə olan göstəricidən 9,9% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 10,3% artaraq 84,889 mln. manat, kredit portfeli 6,2% artaraq 72,710 mln. manat, o cümlədən istehlak kredilərinin həcmi 21,1% azalaraq 18,222 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 6,7% artaraq 13,146 mln. manat, o cümlədən nizamnamə kapitalı 17,6% artaraq 10 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 14,171 mln. manat olub ki, bu da 2008-ci ilə nisbətən 14,5% azdır. Həmçinin, bankın xərcləri qeyd olunan müddətdə 9,2% azalaraq 13,885 mln. manat olub. Nəticədə, bankın mənfəəti 77,6% azlaraq 286 min manat təşkil edib.

Bundan başqa, bu müddət ərzində bankın müştərilərinin sayı 26,6% azalaraq 37 567 nəfər, işçilərin sayı 2,2% artaraq 322 nəfər olub.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 20 filialı, 25 bankomatı və 117 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR