Bank Of Baku

Türkiyədə VII Milli İqtisadiyyat Modeli Konqresi keçiriləcək

Türkiyədə VII Milli İqtisadiyyat Modeli Konqresi keçiriləcək
# 21 yanvar 2010 08:22 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yanvarın 24-də Bursada (Türkiyə) «Qlobal iqtisadi böhranda son vəziyyət və milli iqtisadiyyat modelindən həllər» mövzusunda VII Milli İqtisadiyyat Modeli Konqresi keçiriləcək. «APA-Economics»in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Beynəlxalq Müstəqil İqtisadiyyat Modeli Birliyinin təşkil etdiyi tədbirdə Türkiyədən 15, xarici ölkələrdən isə 25 iqtisadçı alim araşdırma mövzularda çıxış edəcək.

Konqresdə Rusiya, Almaniya, Azərbaycan, Bosniya və Hersoqovina, Estoniya və Qazaxıstandan iqtisadçıların iştirakı gözlənilir. Azərbaycanlı professor Rövşən Quliyevin tədbirdə çıxışı gözlənilir.

Qeyd edək ki, İlk Milli İqtisadiyyat Modeli Konqresi 2005-ci ildə İstanbulda, ikincisi isə 2006-cı ilin mart ayında Bakıda təşkil olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR