Bank Of Baku

«YapıKredi Bank Azerbaijan»ın depozit portfeli ötən il kəskin azalıb

«YapıKredi Bank Azerbaijan»ın depozit portfeli ötən il kəskin azalıb
# 21 yanvar 2010 09:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 153,492 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunlarına nisbətən 46,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 3,3 dəfə azalaraq 17,962 mln. manat, kredit portfeli 2,3 dəfə artaraq 29,240 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 23,5% artaraq 3,762 mln. manat olub. Hesabat dövründə bankın məcmu kapitalı 65,2% artaraq 42,953 mln. manat, o cümlədən nizamnamə kapitalı 87,7% artaraq 27,209 mln. manat təşkil edib.

Qeyd edək ki, bankın ümumi gəlirləri 2008-ci ilin yekunu ilə müqayisədə 8% artaraq 13,849 mln. manata, xərcləri isə 24,3% artaraq 9,447 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti son bir il ərzində 16% azalaraq 4,401 mln. manat təşkil edib.

Həmçinin, bu dövr ərzində bank əlavə 1 filial açıb, 3 bankomat və 23 POS-terminal quraşdırıb. Bununla yanaşı, bankın müştərilərinin sayı 0,7% artaraq 18 637 nəfər, işçilərinin sayı 25,5% artaraq 128 nəfər, orta aylıq əmək haqqı isə 11,5% azalaraq 1 452 manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 5 filialı, 16 bankomatı və 68 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR