Bank Of Baku

Ötən il Azərbaycanda iqtisadi artım 9%-i ötüb

Ötən il Azərbaycanda iqtisadi artım 9%-i ötüb
# 21 yanvar 2010 11:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda 34,6 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 9,3% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ÜDM-in adambaşına həcmi 7,9% artaraq 3 917,3 manat (4 874,1 ABŞ dolları) təşkil edib.

Hesabat ilində iqtisadiyyatın bütün sahələrində cari qiymətlərlə 48 mlrd. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, bu istehsalı təmin etmək üçün 16,1 mlrd. manatlıq və ya məhsul buraxılışının 33,5%-i qədər mal və xidmətlər sərf edilib.

Bu dövrdə ÜDM-in 64,1%-i iqtisadiyyatın istehsal, 28,3%-i xidmət sahələrinin payına düşüb, məhsula və idxala görə ödənilmiş xalis vergilər isə ÜDM-nin 7,6%-ni təşkil edib.

ÜDM-in 50%-i sənayedə, 6,7%-i kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında, 7,4%-i tikintidə, 6,6%-i nəqliyyat və anbar təsərrüfatında, 2%-i poçt və rabitədə, 7%-i topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlər, 1%-i mehmanxana və restoran xidmətləri, 11,7%-i isə sosial və digər xidmətlər göstərən sahələrdə istehsal olunub.

İqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin ÜDM-də xüsusi çəkisi 2008-ci ildəkinə nisbətən 7,5 faiz bəndi artaraq 45,4% təşkil edib.

Bununla yanaşı, 2009-cu ildə iqtisadiyyatın əksər sahələrində istehsalın artımı müşahidə edilib və sənayedə yaradılmış əlavə dəyərin əvvəlki illə müqayisədə 12,8% artması ilə yanaşı, poçt və rabitə xidmətləri sahəsində 13,1%, nəqliyyatda 9,3%, ticarətdə 8,9%, sosial və digər xidmətlər sahəsində isə 7,7% artım qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR