Bank Of Baku

Azərbaycanda ötən il əsas kapitala investisiya qoyuluşu 19% azalıb

Azərbaycanda ötən il əsas kapitala investisiya qoyuluşu 19% azalıb
# 21 yanvar 2010 11:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 7,4 mlrd. manat investisiya yönəldilib ki, 2008-ci illə müqayisədə investisiyanın həcmi 18,7% azalıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ildə bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyanın 69,9%-i və ya 5,1 mlrd. manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əsas kapitala yönəldilmiş vəsaitin 79,9%-ni və ya 5,9 mlrd. manatını isə daxili investisiyalar təşkil edib.

Hesabat ilində həmçinin, Bakı şəhərində Hövsan Aerasiya Stansiyasının əsaslı yenidən qurulması, «Azadlıq prospekti» metro stansiyası, Beynəlxalq Avtovağzal Kompleksi, Azərbaycan Tennis Akademiyası, Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, Sumqayıt şəhərində elektrik stansiyası, Gədəbəy rayonunda Qızıl-mis emalı, Hacıqabul rayonunda kərpic zavodları, Quba rayonunda modul tipli «Şahdağ» elektrik stansiyası, Bərdə rayonunda avtovağzal binası, Naxçıvan şəhərində avtovağzal kompleksi, «Gəmiqaya» mineral sular və asfalt-beton zavodları, unlu qənnadı məmulatlar istehsalı sexi, Naxçıvan şəhərində və Şərur rayonunda meyvə-tərəvəz saxlamaq üçün soyuducu anbarlar, Şərur rayonunda istixana kompleksi, Şəmkir, İsmayıllı və Şərur rayonlarında Olimpiya İdman Kompleksləri, Bakı şəhərində Hövsan, Şağan Olimpiya İdman kompleksləri və «Sərhədçi» İdman Olimpiya Mərkəzi, Şamaxı, Quba və Bərdə rayonlarında müalicə-diaqnostika mərkəzləri, Hacıqabul rayonunda Uşaq Tibb, Naxçıvan şəhərində Doğum və Şahmat mərkəzləri, ölkənin müxtəlif bölgələrində 134,5 min nömrəlik avtomat telefon stansiyaları, ümumi sahəsi 1 363,3 min kvadrat metr olan yeni yaşayış evləri, 20 622 şagird yerlik ümumtəhsil məktəbləri, 605 çarpayılıq xəstəxana, növbədə 1 235 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 90 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub və digər obyektlər istifadəyə verilib.

Əsas kapitala yönəldilmiş sərmayənin 47,9%-ni müəssisə və təşkilatların vəsaitləri, 36,4%-ni büdcə vəsaitləri, 4,1%-ni əhalinin xüsusi vəsaiti və 11,6%-ni digər vəsaitlər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR