Bank Of Baku

«Deka Bank» ötən il aktivlərini 19% atırırıb

«Deka Bank» ötən il aktivlərini 19% atırırıb
# 21 yanvar 2010 12:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Deka Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 32,434 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunlarına nisbətən 18,5% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 63,5% genişlənərək 8,526 mln. manat, kredit portfeli 21,1% artaraq 25,701 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 1,3% azalaraq 8,941 mln. manat olub. Hesabat dövründə bankın məcmu kapitalı 19,1% artaraq 12,782 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 9,594 mln. manat təşkil edib.

Qeyd edək ki, bankın ümumi gəlirləri 2008-ci ilin yekunu ilə müqayisədə 46,1% artaraq 5,489 mln. manat, xərcləri isə 23,1% azalaraq 2,644 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 9 dəfə artaraq 2,845 mln. manat təşkil edib.

Həmçinin, bu dövr ərzində bankın işçilərinin sayı 1,3% azalaraq 76 nəfər, orta aylıq əmək haqqı isə 20% azalaraq 416 manat olub.

Xatırladaq ki, «Deka Bank» 1992-cu ildə fəaliyyətə başlayıb. Cari ilin yanvar ayıın 1-nə bankın 4 292 müştərisi, 6 filialı, 1 bankomatı və 16 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR