Bank Of Baku

«AccessBank» və «Save the Children» əməkdaşlıq müqaviləsi imzalayıb

«AccessBank» və «Save the Children» əməkdaşlıq müqaviləsi imzalayıb
# 21 yanvar 2010 13:41 (UTC +04:00)
Bakı. Ellnur Hüseynquluyev – APA-Economics. «AccessBank» QSC Korporativ Sosial Öhdəliklər Programı çərçivəsində «Save the Children» beynəlxalq humanitar təşkilatı ilə əməkdaşlıq və gələcək layihələrdə iştiraka dair əməkdaşlıq müqaviləsi imzalayıb.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın baş ofisi də daxil olmaqla Azərbaycanın regionlarında yerləşən filiallar yerləşdikləri ərazilərdə xeyriyyə layihələrində iştirak edəcək.

Bankın İdarə Heyətinin sədri Endryu Pospielovskinin sözlərinə görə, «AccessBank» Azərbaycanın sadəcə iqtisadi deyil, eləcə də ictimai və ümumi rifahı üçün çalışır: «Biz çalışırıq ki, filiallarımız yerləşdikləri ərazilərdə ictimai həyatın bir hissəsi olsunlar və əməkdaşlarımız xeyriyyə layihələrində şəxsən iştirak etsinlər. Mən çox şadam ki, biz bu məqsədlə Azərbaycanda bu istiqamətdə dəyərli tədbirlər həyata keçirən «Save the Children» ilə əməkdaşlıq edəcəyik».

Qeyd edək ki, «AccsesBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 23 filalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR