Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin profisiti 9% azalıb

Azərbaycan dövlət büdcəsinin profisiti 9% azalıb
# 21 yanvar 2010 14:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın dövlət büdcəsinə bütün mənbələrdən 8,9 mlrd. manat vəsait daxil edilib, 7,9 mlrd. manat isə büdcədən xərclənib ki, nəticədə 1 mlrd. manatlıq müsbət saldo yaranıb. Bu da ÜDM-in 3,5%-ni təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə büdcə gəlirləri 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,3%, büdcə xərcləri 4,8%, profisit isə 9% azalıb.

Vergi gəlirlərinin 40,2%-i əlavə dəyər vergisindən, 29,8%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 12%-i fiziki şəxslərin gəlir vergisindən, 6%-i aksiz vergisindən, 5,6%-i isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub.

Büdcə xərclərinin 3 162,2 mln. manatı (40,1%-i) iqtisadiyyata investisiya qoyuluşuna, 1 005,4 mln. manatı (12,7%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 1 313,1 mln. manatı (16,6%-i) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə sərf edilib.

Xərclərin 32,4%-ni (2 559,6 mln. manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR