Bank Of Baku

Estoniya iqtisadi inkişaf naziri vokalçını özünə müşavir təyin edib

Estoniya iqtisadi inkişaf naziri vokalçını özünə müşavir təyin edib
# 22 yanvar 2010 07:44 (UTC +04:00)
Bakı – APA-Economics. Estoniyanın “Vanilla Ninja” qrupunun vokalçısı Piret Yarvis ölkənin İqtisadi İnkişaf Nazirliyində işə götürülüb.

APA-Economics”in “Postimees”ə istinadən xəbərinə görə, gənc ifaçı ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsinə qəbul edilib.

P.Yarvisin sözlərinə görə, işədüzəltmə portalında elanı oxuduqdan sonra vakant yerə sənədlərini vermək qərarına gəlib. Vakansiya isə nazirlik əməkdaşının analıq məzuniyyətinə çıxması ilə əlaqədar yaranıb. Bu yerə 50 nəfər iddia edirmiş.

“Vanilla Ninja”nın solisti əvvəllər universitetlərdən birinin jurnalistika və ictimaiyyətlə əlaqələr fakültəsinə daxil olsa da, təhsilini başa vurmayıb.

Adı çəkilən qrupun digər ifaçısı Katrin Siska isə daha əvvəl Tallinn meriyasında referent vəzifəsinə qəbul edilib və Mərkəzçi Partiyaya daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR