Bank Of Baku

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi dəyişməyib

Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi dəyişməyib
# 22 yanvar 2010 07:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi 2009-cu il üzrə 1,41 bənd təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici yanvar-noyabr ayları ilə müqayisədə dəyişməz qalıb.

Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərinin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi hesablanır. Belə ki, 2009-cu il üzrə indeks əhalinin gəlirlərinin iki ən əsas xərclər istiqamətini 41% üstələdiyini əks etdirir.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarının yekunlarına görə, alıcılıq qabiliyyəti indeksi 1,42 bəndə, yanvar-sentyabrda 1,43 bəndə, yanvar-avqustda 1,54 bəndə bərabər olub. Yəni, son aylar ərzində əhalinin alıcılıq qabiliyyətinin tədricən azalması müşahidə olunub.

Ümumilikdə isə Azərbaycanda əhalinin alıcılıq qabiliyyəti indeksi yüksək qiymətləndirilə bilər. Lakin bu sahədə bir neçə amil nəzərə alınmalıdır. İlk növbədə əhali tərəfindən alınan mal və xidmətlərin əhalinin ehtiyacını tam ödəyib-ödəməməsi məlum deyil. Yəni, gəlirlər xərclərdən 41% çox olsa da, xərclərin tələb edilən səviyyədən az olması istisna edilmir. Bundan başqa, əhalinin sərəncamında qalan vəsaitlərin (gəlirlərin həmin 41%-i) qeyri-bərabər bölüşdürüldüyü də şübhəsizdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR