Bank Of Baku

Latviyanın iqtisadiyyat naziri: Ailəmi dolandıra bilmirəm

Latviyanın iqtisadiyyat naziri: Ailəmi dolandıra bilmirəm
# 22 yanvar 2010 08:14 (UTC +04:00)
Bakı – APA-Economics. Latviyanın iqtisadiyyat naziri Artis Kampars üzləşdiyi maddi çətinliklərlə əlaqədar siyasətdən gedə bilər.

APA-Economics”in “Mixnews”a istinadən məlumatına görə, buna səbəb onun banklara külli miqdarda borcunun olmasıdır.

Məlum olub ki, A.Kampars iki dəfə kredit götürüb. Bunlardan biri 58 min lat (təxminən 115 min dollar), digəri isə 150 700 lat (təxminən 300 min dollar) həcmində olub. Kreditlərin birgə aylıq ödənişi 800 lat (1600 dollar) təşkil edib. Nazirin əmək haqqı isə vergilər çıxıldıqdan sonra 1320 latdır (təxminən 2600 dollar).

A.Kampars bəyan edib ki, maaşından qalan 500 lat (1000 dollar) ailəsini saxlamaq üçün ona kifayət etmir. Əlində olan səhmlər ona mənfəət gətirmir, kreditləri isə indiyədək hökumətdə çalışana qədər biznesdən əldə etdiyi gəlirlərlə ödəyib.

“Biznesdə kifayət qədər uğur qazandıqdan sonra mənə elə gəlirdi ki, artıq siyasətlə məşğul ola bilərəm. İndi bu qərara yenidən baxmaq lazımdır” – deyə nazir qeyd edib.

Qeyd edək ki, Latviya Avropa Birliyi ölkələri arasında qlobal iqtisadi böhrandan ən çox zərər görən ölkələrdən biridir. 2009-cu ilin ilk doqquz ayında 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul 18% azalıb, işsizliyin səviyyəsi artıb. Hökumət dövlət qulluqçularının maaşlarını azaltmaq və pensiyaların məbləğini ixtisar etmək məcburiyyətində qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR