Bank Of Baku

«Unileasing» şirkəti müqavilələrin sayını ötən il 28% artırıb

«Unileasing» şirkəti müqavilələrin sayını ötən il 28% artırıb
# 22 yanvar 2010 08:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Unileasing» şirkətinin lizinq portfelinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 31,5 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunu ilə müqayisədə 16,2% azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkət tərəfindən 281 müqavilə bağlanıb ki, bu müqavilələr əsasında ümumi dəyəri 11 mln. ABŞ dollarından artıq 792 obyekt lizinqə verilib. Beləliklə, hazırda fəaliyyətdə olan 959 müqavilə üzrə 68 mln. ABŞ dollarından artıq dəyərdə olan obyektlər lizinqə verilib.

Qeyd edək ki, ötən il ərzində şirkətin ümumi lizinq müqavilərinin sayı 27,9% artaraq 959-a çatıb.

Şirkətin lizinq portfelinin strukturuna gəldikdə isə portfelin çox hissəsi (26%) istehsalatın payına düşüb. Portfeldə həmçinin tikinti və tikinti materiallarının istehsalı (23%), istehlak (16%), ticarət (13%), nəqliyyat (10%), tibb sahəsi (3%) və digər sektorlar (9%) təmsil olunub.

Xatırladaq ki, təsisçisi «Unibank» Səhmdar Kommersiya Bankı olan «Unileasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR