Bank Of Baku

Azərbaycanda IPI indeksinin artımı davam edir

Azərbaycanda IPI indeksinin artımı davam edir
# 22 yanvar 2010 08:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2009-cu ilin dekabr ayında 110,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks ötən ilin noyabr ayında 107%, oktyabrda isə 103,1%-ə bərabər olub.

IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsulunun pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə faizlə ifadə olunan nisbəti kimi hesablanır. Belə ki, indeks dekabr ayında istehsal edilmiş məhsulun dəyərinin (2,4 mlrd. manat) noyabrda istehsal edilmiş məhsulun dəyərinə (2,18 mlrd. manat) nisbətini əks etdirir.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ildə Azərbaycanın sənaye kompleksində 22,2 mlrd. manat həcmində və ya əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 8,6% çox məhsul istehsal edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR