Bank Of Baku

«DəmirBank» pul köçürmələri üzrə məlumat xidmətini istifadəyə verib

«DəmirBank» pul köçürmələri üzrə məlumat xidmətini istifadəyə verib
# 22 yanvar 2010 11:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin 149 Telefon Məlumat Mərkəzi təcili pul köçürmələri üzrə məlumat xidmətləri göstərməyə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmət vasitəsi ilə müştəri banka gəlməzdən əvvəl evdən və ya ofisdən 149 telefon nömrəsinə zəng etməklə ona göndərilmiş pul köçürməsinin daxil olub-olmamasını və müvafiq filialı dəqiqləşdirə bilər. Telefon Məlumat Mərkəzindən bununla bağlı məlumat əldə etmək üçün təcili pulköçürmə sisteminin adı, adına pul köçürməsi göndərmiş şəxsin adı və soyadı, köçürülən məbləğ və köçürmənin xüsusi kodu bildirilməlidir.

Qeyd edək ki, bankın Telefon Məlumat Mərkəzi şəhər telefonu və «Azercell» nömrələrindən sadəcə 149, «Bakcell» və «Nar Mobile» nömrələrindən 012 149 nömrəsi ilə yığılır.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Cari ilin yanvar ayıın 1-nə bankın 29 filialı, 47 bankomatı və 259 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR