Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb
# 22 yanvar 2010 11:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda dünyanın 137 ölkəsi ilə ticarət əməliyyatları aparıldığı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində xarici ticarət dövriyyəsinin həcmi 18 614,2 mln. ABŞ dolları, o cümlədən ixrac 13 165,5 mln. dollar, idxal isə 5 448,7 mln. dollar təşkil edib. Ticarət əlaqələrinin 70,7%-i ixracın, 29,3%-i idxalın hesabına formalaşıb. Nəticədə, 7 716,8 mln. dollarlıq müsbət saldo yaranıb. Ötən il 2008-ci illə müqayisədə xarici ticarət dövriyyəsinin həcmi 2,8 dəfə, o cümlədən ixrac 3,6 dəfə, idxal 16,2%, müsbət saldo isə 5,3 dəfə azalıb.

İdxal-ixrac əməliyyatlarının 19,1%-i İtaliya, 9,8%-i ABŞ, 8,9%-i Rusiya, 6,5%-i Fransa, 5,8%-i İsrail, 4,8%-i Türkiyə, 3,7%-i Tayvan (Çinin əyaləti), 3,2%-i Ukrayna, 3,2%-i Almaniya, 2,9%-i Çin, 2,8%-i Kanada, 2,7%-i İndoneziya, 2,4%-i Böyük Britaniya, 2,3%-i Malayziya, 2,2%-i Gürcüstan, 1,7%-i Hindistan, 18%-i isə digər ölkələrlə aparılıb.

Mal mübadiləsinin 89,4%-i, o cümlədən ixracın 91,4%-i və idxalın 84,5%-i sərbəst dönərli valyuta sövdələşmələri yolu ilə həyata keçirilib.

Qeyd edək ki, 2009-cu ilin yanvar-noyabr aylarında MDB-yə üzv olan ölkələrlə ticarət dövriyyəsinin ümumi həcmi 2 644,6 mln. dollar, o cümlədən idxal 1 636,4 mln., ixrac 1 008,2 mln. dollar olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR