Bank Of Baku

Azərbaycan əhalisinin adambaşına gəlirləri ötən il 7% artıb

Azərbaycan əhalisinin adambaşına gəlirləri ötən il 7% artıb
# 22 yanvar 2010 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycan əhalisinin adambaşına gəlirləri əvvəlki illə müqayisədə 6,7% artaraq 2 537,2 manata çatıb və ayda orta hesabla 211,4 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, il ərzində əhali tərəfindən əldə edilmiş 22,4 mlrd. manatlıq gəlirin 66,2%-i son istehlaka, 10,6%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 21,6%-i isə yığıma yönəldilib.

Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 20 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 8,7% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR