Bank Of Baku

Fevralda «Qarant Sığorta» şirkətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək

Fevralda «Qarant Sığorta» şirkətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək
# 22 yanvar 2010 13:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin fevral ayının 26-da Azərbaycanın «Qarant Sığorta» şirkətinin səhmdarlarının ümumi yığıncağı keçiriləcək. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, iclasda 2009-cu il üzrə hesabatların, həmçinin 2010-cu il üzrə büdcənin təsdiq olunması və digər məsələlər müzakirə ediləcək.

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR