Bank Of Baku

«Bank of Azerbaijan» keyfiyyətə görə menecment sisteminin sertifikat auditini keçib

«Bank of Azerbaijan» keyfiyyətə görə menecment sisteminin sertifikat auditini keçib
# 22 yanvar 2010 13:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» ASC «Moody International» beynəlxalq reytinq agentliyi tərəfindən keçirilən ISO 9001:2008 keyfiyyətə görə menecment sisteminin sertifikat auditini uğurla keçib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu sertifikatın alınması «Bank of Azerbaijan»da idarəetmənin ən yüksək beynəlxalq standartlara cavab verdiyini göstərir. Qeyd etmək lazımdır ki, «Bank of Azerbaijan» ölkə bankları arasında «Moody International»dan ISO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına layiq görülmüş ilk bank təşkilatıdır.

Bankın İdarə Heyətinin sədri Xəyal Şərifzadənin sözlərinə görə, ötən ildən «Bank of Azerbaijan»da, onun ölkənin maliyə sektorunun liderlərindən birinə çevrilməsi istiqamətində ciddi işlər aparılır: «Bu işdə ən mühüm rol oynayan əsas məqamlardan biri də struktur və kadr dəyişikliklərinin aparılmasıdır. Hazırda tam əminliklə bəyan etmək olar ki, biz doğru yoldayıq. ISO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına layiq görülməyimiz bunun bariz nümunəsidir».

Xatırladaq ki, 2006-cı ildə «Bank of Azerbaijan» ISO 9001:2000 beynəlxalq sertifikatına uyğun fəaliyyət göstərdiyi üçün həmin sertifikata layiq görülüb.

Qeyd edək ki, səhmdarları «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 144 mln. manat, nizamnamə kapitalı isə 15 mln. manatdır. Hazırda bankın respublika üzrə 12 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR