Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi son bir ildə 13% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlərin həcmi son bir ildə 13% artıb
# 23 yanvar 2010 08:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda əhaliyə 4 088,2 mln. manatlıq və ya 12,5% çox pullu xidmət göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, artımın 79,6%-i hüquqi şəxs statuslu müəssisələrin fəaliyyəti üzrə əldə edilib.

Hesabat ilində hər bir ölkə sakini orta hesabla ayda 38,4 manatlıq və ya 2008-ci illə müqayisədə 6,1 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə edib. Artımın 4,9 manatı hüquqi şəxs statuslu müəssisələr üzrə olub.

Əhaliyə göstərilən pullu xidmətlərin 13,4%-ni məişət xidmətləri təşkil edib. Məişət xidmətlərinin 86,8%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslərin obyektlərində reallaşıb. Pullu xidmətlərin başqa növləri ilə müqayisədə fiziki şəxslərin fəaliyyəti məişət xidmətləri sahəsində daha fəal olub, bu fəaliyyət üzrə əhaliyə göstərilən pullu xidmətlərin ümumi həcminin 58,6%-ni məişət xidmətləri təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR