Bank Of Baku

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi: Bu il dünya iqtisadiyyatı və fond bazarında məhdud artım proqnozlaşdırılır

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi: Bu il dünya iqtisadiyyatı və fond bazarında məhdud artım proqnozlaşdırılır
# 23 yanvar 2010 09:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il dünya iqtisadiyyatı və fond bazarlarında artımının məhdud olaraq qalması proqnozlaşdırılır.

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2009-cu ilin ilk yarısında kəskinləşən qlobal iqtisadi böhran ikinci yarımillikdə səngimə meylləri nümayiş etdirib və aparıcı iqtisadiyyatlarda kövrək dirçəliş əlamətləri müşahidə olunub. Ölkələrin əlaqələndirilmiş fiskal və monetar stimullaşdırma tədbirləri nəticəsində artım templərinin müəyyən dərəcədə bərpa olunmasına baxmayaraq, ümumilikdə 2009-cu ildə qlobal ÜDM daralma ilə tamamlanıb.

İqtisadi resessiya şəraitində fəaliyyət göstərən dünya kapital bazarları dəyişkən və mürəkkəb dinamika nümayiş etdirib, böhranın dərinləşdiyi ilk 7-8 ay ərzində (sentyabr 2008 – mart 2009) dünyanın əsas fond bazarları öz kapitallaşmasının 2/3-ni itirib, iqtisadiyyatda likvidlik çatışmazlığını aradan qaldırmaq məqsədilə mərkəzi banklar qeyri-ənənəvi metodlarla fond bazarlarına aktiv şəkildə müdaxilə edib. Ötən dövr ərzində aparıcı iqtisadiyyatlarda müəyyən canlanma meylləri müşahidə olunsa da, ümumilikdə qlobal səviyyədə biznes və istehlakçı kreditləşməsinin məhdud olaraq qalması və dünya maliyyə bazarlarının tənzimlənməsinə dair yeni konsepsiyanın formalaşmasının ləngiməsi şəraitində iqtisadiyyatların və kapital bazarlarının stabil artımının bərpası üçün əlavə vaxt və təşəbbüslərə ehtiyac olacaq: «Beləliklə, 2010-cu ildə dünya iqtisadiyyatı və fond bazarlarında artımının məhdud olaraq qalması proqnozlaşdırılır».

Qlobal tələbatın azalması fonunda ixrac mallarının (xüsusilə xam neft və neft məhsulları) qiymətinin aşağı düşməsi ilə və qlobal likvidlik çatışmazlığının Azərbaycanın maliyyə sektorunun xaricdən borclanması imkanlarını məhdudlaşdırması, habelə, mövcud borcların qaytarılması zərurəti yaratmaqla qlobal maliyyə-iqtisadi böhran Azərbaycan iqtisadiyyatına da müəyyən təsir göstərib. «Lakin hərtərəfli düşünülmüş iqtisadi siyasət və vaxtında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində maliyyə sistemi, o cümlədən qiymətli kağızlar bazarı və bütövlükdə ölkə iqtisadiyyatı bu təsirə qarşı yüksək dayanıqlılıq nümayiş etdirib və stabil fəaliyyətinə davam edib», - deyə Dövlət Komitəsindən bildirilib.

Makroiqtisadi sabitlik və əhalinin gəlirlərinin davamlı artımı 2009-cu il ərzində Azərbaycan qiymətli kağızlar bazarında da institusional inkişaf və struktur dəyişiklikləri üçün şərait yaradıb: «Hesabat dövründə ölkənin kapital bazarının formalaşması istiqamətində aparılan struktur və siyasət tədbirləri qiymətli kağızlarla əməliyyatların həcminə və proseslərə müsbət təsir göstərib. Belə ki, dövr ərzində mövcud bazar alətlərinin buraxılışı və ticarəti stabil qaydada davam edib, müddət və xarakterinə görə yeni alətlər buraxılıb, bütövlükdə həm tələb, həm də təklifin canlanması prosesləri müşahidə edilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR