Bank Of Baku

«Texnikabank» ötən il üzrə aktivlərin gəlirliyini 2,82%-ə çatdırıb

«Texnikabank» ötən il üzrə aktivlərin gəlirliyini 2,82%-ə çatdırıb
# 23 yanvar 2010 09:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin 2009-cu il ərzində aktivlərinin gəlirliyi 2,82%, kapitalının gəlirliyi isə 23,03% təşkil edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın ümumi gəlirlərinin həcmi 65,6 mln. manat olub ki, bunun da 53,4 mln. manatını faiz gəlirləri, 12,2 mln. manatını isə qeyri-faiz gəlirləri təşkil edib.

Ötən ilin əvvəlindən bankda yerləşdirilmiş müddətli depozitlərin ümumi həcmi 24,3% artaraq 2010-cu ilin yanvarın 1-nə 97,9 mln. manata çatıb. O cümlədən, əhalinin bankda yerləşdirdiyi müddətli əmanətlərinin həcmi ilin əvvəli ilə müqayisədə 18,9% artaraq, hesabat dövrünün sonuna 93,6 mln. manat təşkil edib. Bankın emissiya etdiyi plastik kartların sayı hesabat dövrünün sonuna 44,7 min ədəd olub.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 35 filialı, 57 bankomatı və 340 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR