Bank Of Baku

«Günay Bank» ötən il mənfəətini 31 dəfə artırıb

«Günay Bank» ötən il mənfəətini 31 dəfə artırıb
# 25 yanvar 2010 07:09 (UTC +04:00)
Bakı. Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Günay Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 31,390 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunları ilə müqayisədə 15,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 3,3% artaraq 9,455 mln. manata, kredit portfeli 13,4% artaraq 34,770 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 8,1 dəfə artaraq 960 min manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 21,6% artaraq 13,035 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,892 mln. manata təşkil edib.

Qeyd edək ki, 2009-cu il ərzində bankın gəlirləri 18% artaraq 5,335 mln. manata, xərcləri isə 28% azalaraq 3,204 mln. manata çatıb. Nəticədə, bakın əldə etdiyi mənfəətin həcmi 31 dəfə artaraq 2,132 mln. manat olub.

Xatırladaq ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Günay Bank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın 1 filialı, 1 mübadilə məntəqəsi, 1 bankomatı, 1 POS-terminalı, 2 395 müştərisi və 39 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR