Bank Of Baku

«Muğan Bank»ın uduşlu istiqrazlarının sayı və udmaq şansı iki dəfə artırıb

«Muğan Bank»ın uduşlu istiqrazlarının sayı və udmaq şansı iki dəfə artırıb
# 25 yanvar 2010 08:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Yanvarın 30-da Azərbaycanın «Muğan Bank» ASC-nin uduşlu istiqrazlarının növbəti, ikinci tirajı keçiriləcək. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, istiqrazların birinci tirajında cəmi 100 istiqraz sahibi uğur qazanıb. Növbəti tirajda isə uduşların sayı və udmaq şansı iki dəfə artıb. «Bu o deməkdir ki, növbəti tirajın iştirakçılarından 200 nəfəri öz büdcəsini artırmaq imkanı qazanacaq», - deyə bankdan bildirilib.
Bankın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərovun sözlərinə görə, ümumi dəyəri 10 mln. manat olan 200 min istiqraz vərəqəsi buraxılıb. Bu istiqrazlar adsız, yəni təqdim edən üçün etibarlı sayılan qiymətli kağızlardır.
«Bizim öhdəliklərə müvafiq olaraq, 10 il müddətində hər 45 gündən bir, cəmi 80 tiraj keçiriləcək və hər bir tiraj haqqında istiqraz sahiblərinə məlumat veriləcək. Bizim məhsulun emissiyası ildə 9% gəlir gətirir. Bundan başqa, biz illik 2% gəlir dərəcəsi müəyyən etmişik. Bu isə o deməkdir ki, əgər istiqrazlar uduşsuz olarsa, həmin istiqrazların sahibi onları təhvil verərkən istiqraz vərəqələrinin üzərindəki bütün nominal məbləği və üstəlik, göstərilən illik faizləri alacaq. Xatırladım ki, bu uzunmüddətli layihənin uduş fondu 8,848 mln. manatdır, yəni, ümumi emissiyanın 90%-i uduşlu istiqrazlardır», - deyə Ş.Ələkbərov bildirib.

Qeyd edək ki, birinci tirajda 100 manatlıq uduş sahibi olmağa cəmi 6 nəfər iddia edirdisə, növbəti – 2010-cu ildəki ilk tirajda həmin məbləğə sahib olmağa namizədlərin sayı artaraq 66 istiqraz sahibinə bərabər olacaqdır. Birinci tirajın yekunlarına görə, istiqraz sahiblərindən 30 nəfərinin hər birinin büdcəsinə 250 manat əlavə edilmişdir, yeni şərtlərə görə isə növbəti tirajda artıq 62 nəfər bu məbləğə ümid edə bilər. 500 manatlıq uduşların sayı ilk tirajda cəmi 29 olduğu halda növbəti tirajda bu cür uduş sahiblərinin sayı 42 nəfər ola bilər. Hər birinin məbləği 1000 manat olan iri uduşlar 20 nəfəri sevindirəcəkdir. Müqayisə üçün xatırladaq ki, əvvəlki tirajda bu məbləğdə uduşların sayı 18 idi. Nəhayət, bu tirajda da, əvvəl olduğu kimi «Muğan Bank» istiqrazlarının sahiblərindən iki nəfəri 10 000 manatlıq uduşlara sahib ola bilər.
Xatırladaq ki, istiqrazlarının qarşıdakı ikinci tirajı www.muğanbank.az saytında online rejimdə translyasiya ediləcək. Tirajın yekunları «Xalq qəzeti»ndə dərc olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR