Bank Of Baku

Azərbaycan valyuta birja bazarının dövriyyəsi ötən həftə 34 mln. dollardan artıq olub

Azərbaycan valyuta birja bazarının dövriyyəsi ötən həftə 34 mln. dollardan artıq olub
# 25 yanvar 2010 08:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda ABŞ dolları üzrə birja valyuta bazarının dövriyyəsi ötən həftə (yanvarın 18-22-də) 34,499 mln. dollar təşkil edib ki, bunun 51%-i yanvarın 22-də bağlanılmış əqdlərin payına düşüb. Dolların orta birja məzənnəsi isə 0,8026 manata bərabər olub.

«APA-Economics»in məlumatına görə, ötən həftə ərzində birja dövriyyəsinin gündəlik göstəriciləri aşağıdakı kimi olub:




Müddətin yekunlarına görə, dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən ticarət əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,16% azalaraq 0,8019 manat təşkil edib. Dolların rəsmi məzənnəsi isə 0,04% artaraq 0,8033 manata bərabər olub:




Göründüyü kimi, həftənin son günündə birja bazarında dövriyyənin kəskin artması və məzənnənin kəskin enməsi müşahidə olunub ki, bu amillərin birgə olması ünvanlı əqdlərin ilkin əlamətləridir.

Avronun rəsmi məzənnəsi 1,7% azalaraq həftənin son gününə 1,1346 manat təşkil edib:


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR