Bank Of Baku

«Kövsər Bank» bu il Visa sisteminə qoşulacaq

«Kövsər Bank» bu il Visa sisteminə qoşulacaq
# 25 yanvar 2010 09:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kövsər Bank» ASC 2010-cu il ərzində Visa beynəlxalq ödəniş sisteminə qoşulacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın Plastik kartlar Departamentinin direktoru Şəhriyar Paşalı bildirib.

Ş.Paşalının sözlərinə görə, beynəlxalq quruma üzvlüklə bağlı artıq Visa-dan razılıq alınıb və hazırda bank tərəfindən tələb olunan müvafiq sənədlər toplanır.

Qeyd edək ki, bank sistemə üzv olduqdan sonra ilkin olaraq 500-ə yaxın plastik kartın emissiyasını həyata keçirmək niyyətindədir. Hazırda bankın müştəriləri lokal kartlardan istifadə edir.

Xatırladaq ki, «Kövsər Bank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Bank 2003-cü ildən İslam Bankları Assosiasiyası, o cümlədən İslam Bankları və Maliyyə İnstitutları Audit və Mühasibat Təşkilatının üzvüdür. Ötən ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 17,336 mln. manat, depozit portfeli 3,071 mln. manat, məcmu kapitalı 10,254 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,020 mln. manat təşkil edib. Bankın ölkə üzrə 2 filialı və 1 mübadilə məntəqəsi fəaliyyət göstərir. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR