Bank Of Baku

Ötən il Azərbaycan dövlət büdcəsinə özəlləşdirmədən 59 mln. manat daxil olub

Ötən il Azərbaycan dövlət büdcəsinə özəlləşdirmədən 59 mln. manat daxil olub
# 25 yanvar 2010 10:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Ötən il Azərbaycanda 700-ə yaxın kiçik dövlət müəssisə və obyekti, 450-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. «APA-Economics»in məlumatına görə, bunu Əmlak Məsələləri üzrə Dövlət Komitəsində (ƏMDK) keçirilən kollegiya iclasında komitənin sədri Kərəm Həsənov bildirib.

K.Həsənov qeyd edib ki, 2009-cu ildə səhmdar cəmiyyətlərinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı 54 hərrac keçirilib. Bu hərraclarda müxtəlif regionlarda yerləşən, iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 40-a yaxın səhmdar cəmiyyətinin səhmləri özəlləşdirilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 2009-cu il ərzində 80,5 mln. manat məbləğində investisiya qoyulub. Əvvəlki dövrlərdə investisiya müsabiqəsi vasitəsilə ilə özəlləşdirilən 7 dövlət müəssisəsi üzrə mülkiyyət hüququ 2009-cu ildə alıcılara keçib. Ümumilikdə, 1 yanvar 2010-cu il tarixinədək keçirilmiş investisiya müsabiqələri vasitəsilə ilə özəlləşdirilmiş 80 dövlət müəssisəsinə 480,5 mln. manat həcmində investisiya qoyulub, bu müəssisələrdə təqribən 13 minə yaxın iş yeri yaradılıb. İnvestisiya şərtləri ilə yanaşı, dövlət büdcəsinə 32,5 mln. manat vəsait köçürülüb.

K.Həsənov onu da vurğulayıb ki, həyata keçirilmiş özəlləşdirmə tədbirləri nəticəsində 2009-cu ildə dövlət büdcəsinə ümumilikdə 59 mln. manata yaxın vəsaitin ödənilməsi təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR