Bank Of Baku

Bank «Nikoil» tender keçirir

Bank «Nikoil» tender keçirir
# 25 yanvar 2010 10:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Nikoil» Səhmdar İnvestisiya Bankı minik avtomobilinin alınması üzrə açıq tender elan edib. Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tender çərçivəsində sedan tipli minimum «C» sinfinə aid olan qara rəngində, minimum 1,6 litrlik mühərriki olan, ən azı kondisioner, avtomatik ötürücü qutusu, şüşələrin elektrik qaldırıcısı ilə təchiz olunan və maksimum 15 min manat dəyərində bir avtomobil alınacaq.
Bakı şəhəri, Ü.Hacıbəyov küçəsi, 27 ünvanında yerləşən Bankın ofisinə təqdim edilən tender təkliflərində avtomobilin texniki xarakteristikası, ona verilən zəmanətin müddəti və texniki baxışların dəyəri haqqında məlumat əksini tapmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR