Bank Of Baku

«Kredo Bank»ın mənfəəti ötən il ərzində 3 dəfə azalıb

«Kredo Bank»ın mənfəəti ötən il ərzində 3 dəfə azalıb
# 25 yanvar 2010 12:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kredo Bank» ACS-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 64,992 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunlarına nisbətən 75,3% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın depozit portfeli 50,3% artaraq 13,635 mln. manat, kredit portfeli 74,8% artaraq 44,238 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 68,7% azalaraq 1,818 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 2,3% artaraq 13,092 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 13,040 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 16,7% azalaraq 5,645 mln. manat, xərcləri isə 16,2% azalaraq 5,556 mln. manat olub. Nəticədə, son bir il ərzində bankın mənfəəti 3 dəfə azalaraq 0,066 mln. manata düşüb.

Bundan başqa, bu müddət ərzində bankın işçilərinin sayı 24% artaraq 165 nəfərə, orta aylıq əmək haqqı 32,4% artaraq 278 manata çatıb.

Xatırladaq ki, təsisçisi 11 yerli fiziki şəxs olan «KredoBank» 1994-cü ildə yaradılıb. Bankın ölkə üzrə 14 filialı, 5 bankomatı və 55 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR