Bank Of Baku

Rusiya keçmiş SSRİ-nin London Kreditorlar Klubuna olan borcunu ödəyib

Rusiya keçmiş SSRİ-nin London Kreditorlar Klubuna olan borcunu ödəyib
# 25 yanvar 2010 13:37 (UTC +04:00)
Bakı – APA-Economics. Rusiya keçmiş SSRİ-nin London Kreditorlar Klubuna olan borcunu tam ödəyib.

APA-Economics”in məlumatına görə, bu barədə Rusiya Maliyyə Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, Rusiya ötən ilin dekabr ayında kreditorların hesabına təxminən 1 mln. dollar vəsait köçürüb.

Qeyd edək ki, 2000-ci illərin əvvəlində Rusiyanın London Kreditorlar Klubuna bir neçə mlrd. dollar borcu olub. Rusiya Maliyyə Nazirliyinin təşəbbüsü ilə bütün borc avroistiqrazlarla əvəzlənib.

Keçmiş SSRİ-nin isə London Kreditorlar Klubuna 34 mln. dollar borcu olub. 9 mln. dollarlıq borcun sahibləri onun ödənilməsi ilə bağlı heç bir tələb irəli sürməyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR