Bank Of Baku

«Azərsığorta» ötən il daxilolmaların həcmini 19% artırıb

«Azərsığorta» ötən il daxilolmaların həcmini 19% artırıb
# 25 yanvar 2010 14:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkətinin 2009-cu ildə topladığı sığorta haqlarının həcmi 26 mln. manat təşkil edib ki, bu da 2008-ci illə müqayisədə 19,2% çoxdur.

Şirkətin Hüquq Departamentinin direktoru Əfqan Mirzəyevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat ilində şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 6,2% azalaraq 12 mln. manata çatıb.

Ə.Mirzəyevin sözlərinə görə, ötən il ərzində sığorta daxilolamaları və ödənişlərdə «Fərdi qəza və xəstəlik sığortası» və «Kasko sığortası» növləri üstünlük təşkil edib.

Xatırladaq ki, «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildən fəaliyyət göstərir. Hazırda şirkət 8 icbari və 20 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR