Bank Of Baku

«Bank Standard»ın «Uduşlu pul köçürməsi» aksiyasının ilk tirajı keçirilib

«Bank Standard»ın «Uduşlu pul köçürməsi» aksiyasının ilk tirajı keçirilib
# 26 yanvar 2010 11:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC-nin «Uduşlu pul köçürməsi» aksiyasının birinci tirayının qalibi müəyyən edilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tirajın qalibi bankın Əcəmi filialının müştərisi Ramin Həşimov 106 sm (42 düym) diaqonallı, maye-kristal ekranlı televizora sahib olub.

Xatırladaq ki, aksiyada iştirak etmək üçün müştəri bankın filiallarında fəaliyyət göstərən təcili pulköçürmə sistemləri vasitəsilə 1000 dollar, 1000 avro, 30 000 rubl və daha artıq məbləğdə pul köçürməsi etməli və ya almalıdır. Hər bir belə köçürmə müştəriyə növbəti tirajda bir şans qazandırır. Lotereya şanslarına məhdudiyyət qoyulmur.

Lotereyanın ikinci tirajı bu ilin fevral ayının 25-də keçiriləcək.

Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 17 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR