Bank Of Baku

«AtaLeasing»in lizinq portfeli ötən il 9% artıb

«AtaLeasing»in lizinq portfeli ötən il 9% artıb
# 26 yanvar 2010 12:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaLeasing» ASC-nin lizinq portfelinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 3,8 mln. manat təşkil edib ki, bu da 2008-ci ilin yekunları ilə müqayisədə 8,6% çoxdur.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində şirkətin lizinq müqavilələrinin sayı 11,8% artaraq 104-ə, lizinqə verilən avadanlıqların dəyəri isə 2,2 dəfə azalaraq 1,7 mln. manata çatıb. Həmçinin, bu müddət ərzində şirkətin ölkə iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 10,7% azalaraq 2,5 mln. manat, əldə edilən mənfəət isə 32,3% azalaraq 0,231 mln. manat olub.

Qeyd edək ki, ötən il ərzində şirkətin lizinq portfelinin 40%-ni nəqliyyat, 27%-ni inşaat, 10%-ni ticarət, 9%-ni sənaye istehsalı, 7%-ni yeyinti sənayesi, 5%-ni xidmət sahəsi, 1%-ni yol infrastrukturu və 1%-ni rabitə sektoruna ayrılan vəsait təşkil edib.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR