Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun builki gəlirlərinin proqnozları üstələcəyi gözlənilir

Azərbaycan Dövlət Neft Fondunun builki gəlirlərinin proqnozları üstələcəyi gözlənilir
# 26 yanvar 2010 13:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2010-cu ildə gəlirləri proqnozlardan artıq ola bilər. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Qeyd edək ki, 2010-cu il üçün ARDNF-in büdcəsinin gəlirləri 5 963 126,7 min manat, xərcləri 5 428 431,2 min manat məbləğində təsdiqlənib. Beləliklə, cari ildə Fondun gəlirlərinin təxminən 91%-nin xərclənməsi nəzərdə tutulub. Lakin Ş.Mövsümovun fikrincə, Fondun büdcəsində neftin qiyməti yalnız 45 dollar səviyyəsində götürüldüyünə görə, xərclər tam yerinə yetirməklə yığımlar daha yüksək ola bilər.

«Bildiyiniz kimi, ötən ilin büdcəsində neftin qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulub, lakin Fondun gəlirlərində neftin ortalama qiyməti 56 dollar təşkil edib. Buna baxmayaraq, gəlir hissəsi üzrə proqnozlar 98%-ə yaxın icra olunub ki, bu da büdcəni formalaşdıranda apardığımız qiymət və hasilat üzrə konservativ siyasətimizin nəticəsidir», - deyə Ş.Mövsümov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR