Bank Of Baku

AYİB: Azərbaycan hökuməti iqtisadiyyatın diversifikasiyası barədə düşünməlidir

AYİB: Azərbaycan hökuməti iqtisadiyyatın diversifikasiyası barədə düşünməlidir
# 26 yanvar 2010 14:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Mərkəzi və Şərqi Avropa və MDB ölkələrində islahatların gedişi və iqtisadi inkişafa dair hər il yeniləşdirilən 2009-ci il Keçid Dövrü Hesabatının təqdimat mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbiri giriş sözü ilə açan AYİB-in Bakıdakı daimi nümayəndəliyinin başçısı Frensiz Delay qeyd edib ki, Azərbaycanla AYİB 1992-ci ildən əməkdaşlıq edir: «Ötən il ərzində AYİB Azərbaycanda 9 layihənin icrasına 260 mln. ABŞ dolları məbləğində vəsait ayırıb».

Daha sonra Keçid Dövrü Hesabatının təqdimatını keçirən AYİB-in region üzrə böyük iqtisadçısı xanım Anita Taci qeyd edib ki, 2009-cu ildə Azərbaycanda iqtisadi artım 9,3% səviyyəsində olub və bu göstərici yüksək nailiyyətdir: «Bu ilin sonunda isə Azərbaycanda ÜDM-in artım tempinin 9% olacağı proqnozlaşdırılır. Əgər bu göstərici reallaşarsa, Azərbaycan regionda ən yüksək iqtisadi artıma malik olan ölkəyə çevriləcək. Gələn il isə Azərbaycanda ÜDM-in artım tempinin 8%-ə bərabər olacağı proqnozlaşdırılır».

Ümumiyyətlə, 2010-cu ildə regionda iqtisadiyyatın artacağını bildirən A.Taci onu da qeyd edib ki, qlobal maliyyə böhranından sonra artım templərinin sürətlə bərpası yalnız diversifikasiyanın həyata keçirilməsindən asılıdır: «Azərbaycanda diversifikasiya bir qədər zəifdir və hökumət bu barədə düşünməlidir».

Tədbirdə çıxış edən Azərbaycan İqtisadi İnkişaf Nazirliyi İqtisadi siyasət analizi və proqnozlar Departamentinin direktoru Ədalət Muradov ölkənin iqtisadi inkişafından məlumat verib və qeyd edib ki, 2009-cu ildə davam etmiş böhran Azərbaycandan da yan keçməyib və ölkəni sınaqdan keçirib: «Lakin buna baxmayaraq, Azərbaycan böhrandan minimum itkilərlə çıxa bilib. Belə ki, bir sıra qonşu ölkələrdə milli pul vahidinin devalvasiyası baş verib, Azərbaycanda isə manat sabit qalıb. Mərkəzi Bank tərəfindən uçot dərəcəsi 15%-dən 2%-ə endirilib, likvidlik 1,5 mlrd. manata çatdırılıb».

Ə.Muradov onu da bildirib ki, 2009-cu ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarlara 130 mln. manat həcmində güzəştli kreditlər ayrılıb və 2008-ci illə müqayisədə bu həcm 1,5 dəfə artıb.

AYİB-in təqdimatından söz açan nazirlik rəsmisi həmçinin qeyd edib ki, Beynəlxalq Valyuta Fondu tərəfindən 2010-cu ildə Azərbaycanda iqtisadi artım tempinin 7,4%, Asiya İnkişaf Bankı tərəfindən isə 4,5% olacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR