Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun yeni investisiya strateqiyası hazırlanır

Azərbaycan Dövlət Neft Fondunun yeni investisiya strateqiyası hazırlanır
# 26 yanvar 2010 14:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) yeni strateqiyası hazırlanır və sənəd hazırlandıqdan sonra Fondun Müşahidə Şurasına təqdim ediləcək. «APA-Economics»in məlumatına görə, bunu bildirən Fondun icraçı direktoru Şahmar Mövsümov qeyd edib ki, sonrakı mərhələdə təsdiq olunmaq üçün strategiyanın layihəsi dövlət başçısına təqdim olunacaq.

Yeni strateqiyanı fərqləndən əsas amil Fondun hazırkı investisiya portfelinə daha yüksək gəlirli və daha riskli maliyyə alətlərinin daxil edilməsi ilə bağlıdır. İlk növbədə söhbət Fondun vəsaitlərinin səhmlərə yönəldilməsindən gedir. Qeyd edək ki, hazırda ARDNF-in investisiya portfelinin yalnız 0,04%-i səhmlərin payına düşür.

Ş.Mövsümovun sözlərinə görə, səhmlərə vəsaitləri yönəldərək Fond strateji investor kimi deyil, yalnız passiv investor, yəni minoritar səhmdar kimi çıxış edəcək.

Eyni zamanda, Ş.Mövsümov vurğulayıb ki, Fondun vəsaitlərinin əmtəə bazarının alətlərinə, o cümlədən qızıla yönəldilməsi nəzərdə tutulmur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR