Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun aktivləri son 10 ildə 30 dəfə artıb

Azərbaycan Dövlət Neft Fondunun aktivləri son 10 ildə 30 dəfə artıb
# 26 yanvar 2010 14:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin ümumi həcmi 2001-ci ilin sonuna 491,5 mln. ABŞ dolları təşkil etdiyi halda, 2009-cu ilin sonuna 14 900,4 mln. dollara bərabər olub. «APA-Economics»in məlumatına görə, bunu Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib.

Qeyd edək ki, ARDNF 1999-cu ilin sonunda yaradılıb və 2000-cu ildə faktiki fəaliyyətə başlayıb. Beləliklə, 10 illik fəaliyyət dövrü nəticəsində Fondun aktivləri 30,3 dəfə artıb:




Göründüyü kimi, 2008-ci ildə Fondun aktivlərində kəskin artım baş verib ki, bu da neft sahəsində həm hasilat, həm də qiymət baxımından kəskin artımla bağlı olub. Xatırladaq ki, 2008-ci ildə dünya bazarlarında neftin qiyməti hətta 147 dollara yüksəlib.

Qeyd edək ki, Fondun son 10 ildəki xərcləri də oxşar dinamika göstərir:


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR