Bank Of Baku

AYİB: Azərbaycanda inflyasiyanın tempi tədricən artacaq

AYİB: Azərbaycanda inflyasiyanın tempi tədricən artacaq
# 26 yanvar 2010 14:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2010-cu il üçün Azərbaycanda inflyasiyanın gözlənilən səviyyəsi ilə bağlı proqnoz hazırlayıb.

AYİB-in region üzrə böyük iqtisadçısı xanım Anita Tacinin «APA-Economics»ə verdiyi məlumata görə, 2010-cu ildə Azərbaycanda inflyasiyanın səviyyəsi 6,5% təşkil edəcək və bundan sonrakı illərdə artacaq: «İnflyasiya səviyyəsinin artması əsasən enerji daşıyıcılarının qiymətinin artması, həmçinin enerjidaşıyıcıları istehlakçılarının tələbatının yüksəlməsi ilə bağlıdır. Buna baxmayaraq, Azərbaycanda gələcək illərdə inflyasiyanın 2008-ci ildəki göstəricidən xeyli az olacağı gözlənilir».

Qeyd edək ki, Azərbaycan hökuməti bu il ölkədə inflyasiyanın 5-7% civarında olacağını proqnozlaşdırır.

Xatırladaq ki, 2008-ci ildə Azərbaycanda inflyasiya 20,8%, 2009-cu ildə isə 1,5% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR