Bank Of Baku

Moskvada MDB ölkələrinin beynəlxalq iqtisadi forumu keçiriləcək

Moskvada MDB ölkələrinin beynəlxalq iqtisadi forumu keçiriləcək
# 26 yanvar 2010 15:14 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Bu il martın 5-də Moskvada “Rusiyanın MDB-də sədrliyi ilində yeni təşəbbüslər” mövzusunda beynəlxalq iqtisadi forum keçiriləcək. Bu barədə APA-nın Moskva müxbirinə forumun Təşkilat Komitəsindən məlumat verilib.

Məlumata görə, forum MDB İcraiyyə Komitəsi, Rusiya İqtisadi İnkişaf Nazirliyi və MDB İşgüzar İqtisadi İnkişaf Mərkəzi tərəfindən təşkil olunacaq.

Təşkilatçıların fikrincə, forum 2020-ci ilə qədər MDB-nin iqtisadi inkişaf Strategiyasının (2008-ci ildə MDB üzvü olan ölkələrin hökumət başçıları tərəfindən qəbul olunub) həyata keçirilməsi istiqamətində mühüm addım olacaq.

Forum çərçivəsində ilk dəfə on nominasiya üzrə “MDB biznesinin lideri” mükafat nişanının təqdimat mərasimi olacaq. Mükafat MDB İşgüzar İqtisadi İnkişaf Mərkəzi tərəfindən təsis olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR