Bank Of Baku

Avropa Birliyi Qara dənizin və Xəzər dənizinin çirklənməsi ilə mübarizəyə 3,5 mln. avro vəsait ayırıb

Avropa Birliyi Qara dənizin və Xəzər dənizinin çirklənməsi ilə mübarizəyə 3,5 mln. avro vəsait ayırıb
# 26 yanvar 2010 15:35 (UTC +04:00)
Tiflis. Nino Jvaniya – APA. Qara dənizin və Xəzər dənizinin təhlükəsizliklərini gücləndirmək, qəza şəraitlərində dənizlərin çirklənməsinin qarşısını almaq məqsədilə 2009-cu ilin avqustundan Avropa Birliyi müvafiq layihəni maliyyələşdirməyə başlayıb.

APA-nın Gürcüstandakı xüsusi müxbirinin məlumatına görə, TRASECA nəqliyyat proqramının bir hissəsi olan layihə “Qara dənizin və Xəzər dənizinin ümumi təhlükəsizlik idarəetmə sisteminin yaradılması və gəmiçilikdən çirklənmənin profilaktikası” adlanır.

Layihənin büdcəsi 3,5 mln. avrodur. 2009-2011-ci illərdə həyata keçiriləcək layihədə Azərbaycan, Gürcüstan, Ukrayna, Qazaxıstan və Türkmənistan iştirak edir.

Layihədə əsas məqsəd dəniz nəqliyyatının təhlükəsizliyinin təmin olunması, dənizin çirklənməsinin profilaktikasını gücləndirmək, gəmilərin etibarlılığını və limanların təhlükəsizliyini təmin etmək, limanlarda və sahilyanı ərazilərdə suyun keyfiyyətini yaxşılaşdırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR