Bank Of Baku

Azərbaycanın daha bir sığorta şirkəti müddətiz lisenziya alıb

Azərbaycanın daha bir sığorta şirkəti müddətiz lisenziya alıb
# 27 yanvar 2010 07:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti Maliyyə Nazirliyindən müddətsiz lisenziya alıb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin Hüquq Departamentinin direktoru Əfqan Rzayev bildirib.

Ə.Rzayevin sözlərinə görə, müddətsiz lisenziyaya əsasən, şirkət 8 icbari və 20 könüllü sığorta növü üzrə xidmət göstərəcək.

Qeyd edək ki, «Azərsığorta» şirkəti də daxil olmaqla Azərbaycan Maliyyə Nazirliyi tərəfindən indiyədək 8 sığorta şirkətinə müdətsiz lisenziya verilib.

Xatırladaq ki, «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti 1991-ci ildən fəaliyyət göstərir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 26 mln. manat, ödənişlərinin həcmi isə 12 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR