Bank Of Baku

Ötən il Azərbaycanda Dövlət Əmək Müfşəttişliyi tərəfindən 162 vəzifəli və hüquqi şəxsə qarşı 554 min manat cərimə tətbiq olunub

Ötən il Azərbaycanda Dövlət Əmək Müfşəttişliyi tərəfindən 162 vəzifəli və hüquqi şəxsə qarşı 554 min manat cərimə tətbiq olunub
# 27 yanvar 2010 11:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfşəttişliyi tərəfindən 2009-cu il ərzində 162 vəzifəli və hüquqi şəxs barədə inzibati qərar qəbul edilərək 553 870 manat məbləğində cərimə tətbiq olunub. «APA-Economics»in məlumatına görə, bunu Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü bildirib.

N.Şükürlünün sözlərinə görə, iqtisadiyyatın sahələri üzrə cərimələrin tətbiq olunması təhlil edilərkən onun daha çox ticarət, ictimai iaşə, təhcizata (149 350 manat və ya cərimələrin 27%-i), nəqliyyat, rabitə sektoruna (77 500 manat və ya 14%-i), sənayeyə (72 400 manat və ya 13%-i), tikinti sektoruna (70 600 manat və ya 12,7%-i) aid olması müəyyən edilib. Cərimələrin böyük əksəriyyəti (474 200 manat və ya 81,5%) qeyri-dövlət müəssisələrin invəzifəli şəxslərinə tətbiq olunub.

N.Şükürlü həmçinin qeyd edib ki, hesabat ili ərzində vətəndaşlara ödənilməsi təmin edilmiş gecikdirilmiş ödəmələrin ümumi məbləği 1 045 564 manat olub. Bu məbləğin təxminən 65%-ni (681 176 manat) əmək haqqı, 19%-ni (199 209 manat) sosial müavinətlər və kompensasiyalar, 15%-ni isə (164 512 manat) zərərə görə ödənclər təşkil edib.

İqtisadiyyat sahələri üzrə işçilərə ödənilməsi təmin edilmiş ödənclərin əksəriyyəti sənaye (34%) və elm, təhsil, mədəniyyət (26%) müəssisələrinə aid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR