Bank Of Baku

«Nikoil Leasing»in lizinq portfeli ötən il 5% azalıb

«Nikoil Leasing»in lizinq portfeli ötən il 5% azalıb
# 27 yanvar 2010 12:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfeli 2010-cu il yanvar ayının 1-nə 5,535 mln. manat təşkil edib ki, bu da 2009-ci ilin yanvarın 1-nə olan göstərici ilə müqayisədə 4,7% azdır.

Şirkətin baş direktor müavini Musa Turabovun «APA-Economics»ə verdiyi məlumata görə, ötən il şirkətin lizinq müqavilərinin sayında (11) və nizamnamə kapitalının həcmində (100 min manat) artım olmayıb. Həmçinin, lzinqə verilən avadanlıqların dəyəri (7,996 mln. manat) və iqtisadiyyata yatırılan investisiyaların həcmi (5,884 mln. manat) dəyiməz qalıb.

M.Turabovun sözlərinə görə, lizinq portfelində 81,6% istehsalat avadanlıqları, 14,7% tikinti texnikası, 2,2% nəqliyyat sektoru, 1,5%-i isə digər sektorların payına düşüb.

Qeyd edək ki, 2009-cu ildə şirkətin əldə etdiyi mənfəətin həcmi 2008-ci illə müqayisədə 8,8% azalaraq 52 min manat olub.

Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Şirkət lizinq maliyyələşdirilməsini 1-5 il müddətinə, illik 18-30% dərəcəsi ilə aparır və yalnız korporativ müştərilərlə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR