Bank Of Baku

Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına sərmayələrini təxminən 3 dəfə artırıb

Asiya İnkişaf Bankı Azərbaycan iqtisadiyyatına sərmayələrini təxminən 3 dəfə artırıb
# 27 yanvar 2010 14:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Asiya İnkişaf Bankı (AİB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 39 383,6 min manat təşkil edib.

Dövlət Statistika komitəsindən «APA-Economics»ə verilən məlumata görə, AİB tərəfindən yatırılan investisiyanın həcmi ötən ilin göstəricisi ilə müqayisədə 2,7 dəfə çoxdur. Hesabat ilində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində AİB-in investisiyalarının xüsusi çəkisi 2,7% təşkil edib.

Qeyd edək ki, Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. Hazırda AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) çərçivəsində Azərbaycanda Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi avtomobil yollarının reabilitasiya və genişləndirilməsi, Dəmir Yolu Ticarəti və Daşımalara Dəstək layihələri, habelə «Şəhər su təchizatı və kanalizasiya Layihəsi», «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi», Gəncə dairəvi avtomobil yolunun tikintisini və digər layihələr maliyyələşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR