Bank Of Baku

Azərbaycan hökuməti xüsusi iqtisadi zonada fəaliyyətlə bağlı yeni normativ sənəd təsdiqləyib

Azərbaycan hökuməti xüsusi iqtisadi zonada fəaliyyətlə bağlı yeni normativ sənəd təsdiqləyib
# 27 yanvar 2010 14:39 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Xüsusi iqtisadi zonanın ərazisində ayrıca hüquqi şəxs yaratmadan filiallar, nümayəndəliklər vasitəsilə təsərrüfat fəaliyyəti ilə məşğul olan rezidentlərin fəaliyyəti barədə balansın tərtib edilmə Qaydası və forması»nı təsdiq edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Sənədə əsasən, xüsusi iqtisadi zonanın rezidentlərinin tərtib etdikləri balans hesabatına torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər, bioloji aktivlər, maliyyə aktivləri (ehtiyatlar, debitor borcları və pul vəsaitləri və onların ekvivalentləri bəndlərində göstərilmiş aktivlər istisna olmaqla), ehtiyatlar, debitor borcları, pul vəsaitləri və onların ekvivalentləri, kreditor borcları, vergi öhdəlikləri və aktivlər, qiymətləndirilmiş öhdəliklər, faiz xərcləri yaradan öhdəliklər, kapital və kapital ehtiyatları daxil edilməlidir.

İllik balans hesabatı üçün xüsusi iqtisadi zonanın rezidentlərinə hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla, il ərzində oktyabrın 1-dək xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini almış rezidentlər üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən dekabrın 31-i də daxil olmaqla, oktyabrın 1-dən sonra xüsusi iqtisadi zonanın qeydiyyat şəhadətnaməsini almış rezidentlər üçün birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada qeydiyyat şəhadətnaməsini aldıqları tarixdən növbəti ilin dekabrın 31-i də daxil olmaqla təsdiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR