Bank Of Baku

Azərbaycanın bir sıra rayonunda dövlət vəsaitinin yeyintisi faktları aşkarlanıb

Azərbaycanın bir sıra rayonunda dövlət vəsaitinin yeyintisi faktları aşkarlanıb
# 27 yanvar 2010 14:49 (UTC +04:00)
APA-nın Qarabağ bürosunun məlumatına görə, Maliyyə Nazirliyinin 13 yanvar 2010-cu il tarixli DX-03/01 DSM-14 m nömrəli sənədində göstərilib ki, 2007-2008-ci illərdə kənd təsərrüfatı məhsullarının istehsalçılarına Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən ayrılmış yardımların xərclənməsində ciddi nöqsanlara yol verilib. Həmin büdcə vəsaitlərinin təyınatından yayındırmalar aşkarlanıb.

Sənəddə, kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin 50% güzəştlə verilməsi qaydalarının pozulması, gübrə almayan sahibkarların adlarının siyahıya salındığı, istehsalçıların becərdikləri torpaqların həcminin süni şəkildə şişirdildiyi, buğda və çəltik istehsalının stimullaşdırılması məqsədilə yardımların verilməsində kənd ərazi nümayəndəliklərində yaşamayanların adlarının yardım alanlara aid sənədlərə daxil edildiyi göstərilib.

Yoxlamalar nəticəsində məlum olub ki, yerlərdə tərtib olunmuş sənədlərdə mövcud olmayan səhələrdə taxıl səpildiyi qeyd olunub, arpa sahələri taxıl sahəsi kimi təqdim edilib, bələdiyyə sədrlərinin adlarına əsassız olaraq buğda səpilməsi rəsmiləşdirilib. Həmçinin, yanacaq və motor yağlarının verilməsi sənədlərində qanunsuz düzəlişlər üzə çıxarılıb.

Maliyyə Nazirliyinin hökumətə göndərdiyi sənəddə Bərdə, Tərtər, Ağcabədi, Beyləqan, İmişli və Zərdab rayonlarında da analoji halların aşkarlandığı qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR