Bank Of Baku

Dövlət Neft Şirkəti: Azərbaycanda havaların kəskin soyuması ilə əlaqədər əhaliyə verilən qazın həcmi artıb

Dövlət Neft Şirkəti: Azərbaycanda havaların kəskin soyuması ilə əlaqədər əhaliyə verilən qazın həcmi artıb
# 27 yanvar 2010 14:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İB son günlər havaların kəskin soyuması ilə əlaqədər əhali kateqoriyasına aid olan abonentlərə verilən təbii qazın miqdarını artırıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Ölkə üzrə əhaliyə verilən sutkalıq qaz həcmi artırılaraq yanvarın 24-dən etibarən 25 mln. kubmetrə çatdırılıb. Bu həcmin 13,8 mln. kubmetri Bakı şəhərinin, 11 mln. kubmetri isə regionların qaz təchizatına sərf olunur. Əhaliyə verilən sutkalıq qazın həcmi 2008-ci ilin müvafiq dövrü ilə müqaisədə 1,8 mln. kubmetr artıqdır.

«Hazırda mövcud infrastruktur təbii qazın təminatında heç bir problem yaratmır və tələbat olduğu halda istənilən bölgəyə qazın nəqlini artırmaq mümkündür», - deyə şirkətin məlumatında bildirilib.

Bununla belə, «Azəriqaz» İB istehlakçiların nəzərinə çatdırır ki, təzyiqlərin artırılması təbii qazdan düzgün istifadə edilmədikdə bəzi hallarda arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Ona görə hər bir abonent son dərəcə diqqətli olmalı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR