Bank Of Baku

Azərbaycan prezidenti Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi barədə sərəncamlar imzalayıb

Azərbaycan prezidenti Dövlət Gömrük Komitəsinin bir qrup əməkdaşının təltif edilməsi barədə sərəncamlar imzalayıb
# 27 yanvar 2010 19:36 (UTC +04:00)
APA-nın məlumatına görə, gömrük qanunvericiliyinin inkişafındakı xidmətlərinə görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə “əməkdar hüquqşünas” fəxri adı verilib.

Prezidentin digər sərəncamı ilə DGK sədrinin müavini Nazim Məmmədov gömrük xidməti general-leytenantı ali xüsusi rütbəsi verilib.

Prezident ölkənin iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə DGK-nın bir qrup əməkdaşını təltif edib.

DGK sədrinin müavini Səfər Mehdiyev isə “Vətənə xidmətə görə” ordeninin üçüncü dərəcəsi ilə təltif olunub.

DGK-nın bir qrup əməkdaşı isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR