Bank Of Baku

«Kövsər Bank»ın depozit portfeli ötən il 28% artıb

«Kövsər Bank»ın depozit portfeli ötən il 28% artıb
# 28 yanvar 2010 06:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kövsər Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin yanvar ayının 1-nə 17,705 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin yanvarın 1-nə olan göstəricidən 2,7% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 27,8% artaraq 3,269 mln. manat, məcmu kapitalı 1,8% artaraq 10,411 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 10,020 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən il ərzində bankın gəlirləri 87,9% artaraq 2,094 mln. manat, xərcləri isə 2 dəfə artaraq 1,940 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti son bir il ərzində 1,5% azalaraq 124 min manat olub.

Xatırladaq ki, «Kövsər Bank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Bank 2003-cü ildən İslam Bankları Assosiasiyası (İBA), o cümlədən İslam Bankları və Maliyyə İnstitutları Audit və Mühasibat Təşkilatının üzvüdür. Cari ilin yanvar ayının 1-nə bankın 625 müştərisi, 2 filialı, 1 mübadilə məntəqəsi və 2 bankomatı mövcuddur. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR